ABŞ polisi daha bir qaradərilini öldürdü

Maide.az xəbər verir ki, ABŞ-ın Arizona ştatında irqi ayrıseçkilik zəmnində daha bir zənci öldürülüb. Qaradərilinin öldürülməsi sırf təsadüf kimi göstrilsə də, son günlər baş verən proseslər bu xəbərin inandırıcılıq yükünü azaldır. Hadisə Finiks şəhərində baş verib. 34 yaşlı Rumeyn Brisbon əlini cibinə atdığına görə polis tərəfindən qətlə yetirilib. Polis qaradərilinin cibindən silah çıxaracağı qorxusundan onun sinəsinə 2 dəfə atəş açıb. Nəticədə Rumeyn yerindəcə keçinib. Sonradan məlum olub ki, o, cibindən həb çıxartmaq istəyib. Ölən şəxsin qohumları polisi məhkəməyə verəcəklərini bildiriblər.

Google+ WhatsApp ok.ru