`ABŞ İrana sanksiyaları qaldırmaq fikrində deyil` 13 Avqust 2015 01:00 Hadisə Rəsmi Vaşinqton İsveçrənin ardınca İrana qarşı sanksiyaları aradan qaldırmaq niyyətində deyil. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bəyan edib. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın nüvə proqramı ilə bağlı bütün zəruri addımların atıldığına əmin olmayınca, biz sanksiyaları aradan qaldırmayacağıq. Bu məsələ ilə əlaqədar mövqeyimiz dəyişməz olaraq qalır”, deyə M.Toner bildirib. Məlum olduğu kimi, İsveçrə hökuməti avqustun 13-dən etibarən İrana qarşı sanksiyaları aradan qaldırılması barədə qərar verib. Teqlər : #`ABŞ İrana sanksiyaları qaldırmaq fikrində deyil`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda 42 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib Bakıda qadın özünü bazarda yandırdı