Şabranda 9 yaşlı uşağı vuran maşın bir gün sonra onun nənəsini vurub

Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 90 TE 363 dövlət nömrə nişanlı  “Lifan” markalı avtomaşın ötən gün Şabran rayon sakini, 2005-ci il təvəllüdlü  Cavadova Yeganə Rəhman qızını vurub. Sürücü bu gün xəsarət alan azyaşlını yenidən tibbi müayinə üçün xəstəxanaya gətirib. Bu zaman maşını arxaya sürərkən azyaşlının nənəsi 1960-cı il təvəllüdlü Murtuzayeva Gülçöhrə Ağagül qızını vurub. Xəsarət alan nənə və nəvə xəstəxanaya yerləşdirilib.
 
Y.Cavadovanın vəziyyətinin qənaətbəxş, onun nənəsi G.Murtuzayevanın isə orta ağır olduğu bildirilir. Hadisədən sonra “Lifan”ın sürücüsü də şok keçirib. Tibb işçiləri tərəfindən ona da ilkin tibbi yardım göstərilib.
 
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru