Şabranda azan səsinə qənim kəsilən milyon dollarlıq deputat villası (VİDEO)

Şabranda azan səsinə qənim kəsilən milyon dollarlıq deputat villası (VİDEO)

 Allah evinin durumu ilə villa arasında müqayisə apardıqda da, olduqca acınacaqlı bir mənzərənin şahidi olmaq mümkündür

Maide.Az İslaminSesi-nə istinadən xəbər verir ki, blogger Mehman Hüseynov millət vəkili Tahir Süleymanovun Şabran rayonunda yerləşən və qiyməti milyon dollarla ölçülən villası ilə bağlı videoreportaj hazırlayıb. Lakin videoreportajın hazırlandığı bir ərəfədə blogger maraqlı hadisələrlə üzləşib. Belə ki, reportaj hazırlanan əraziyə qara maşınla yaxınlaşan və özünün millət vəkilinin yaxını olduğunu söyləyən şəxs, millət vəkilinin reportajı hazırlayan jurnalistlə görüşmək istədiyini bildirib.

Mehman Hüseynov da öz növbəsində maşına minərək deyilən əraziyə gedib. Maşınla gələn şəxs jurnalisti özü ilə çayxanaya aparıb və çayxanada onları millət vəkili Tahir Süleymanovun qardaşı qarşılayıb. Bir qədər söhbətdən sonra əraziyə polis əməkdaşları çağırılıb və blogger polis bölməsinə aparılıb. Lakin bütün məhrumiyyətlərə baxmayaraq polis bölməsindən çıxan blogger yenidən Tahir Süleymanovun villasının yerləşdiyi əraziyə gedərək reportajı sona çatdıra bilib.

Sözügedən villa sahibi ilə bağlı diqqət çəkən məqamlardan biri də budur ki, deputat Tahir Süleymanov villanın kənarında yerləşən məscidə sübh vaxtları azan verilməsinə dair qadağa qoyub. Buna səbəb millət vəkilinin sübh vaxtı verlilən azan səsindən narahat olmasıdır. Eyni zamanda Allah evinin durumu ilə villa arasında müqayisə apardıqda da, olduqca acınacaqlı bir mənzərənin şahidi olmaq mümkündür. /

Google+ WhatsApp ok.ru