Azərbaycanda dəhşətli istilər 3 gün davam edəcək - 43 dərəcə

Azərbaycanda dəhşətli istilər 3 gün davam edəcək - 43 dərəcə

Bakıda və Abşeron yarımadasında sabah ustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, ölkə ərazisində isti hava şəraiti davam edəcək.
 
Azərbaycanın rayonlarında
 
Avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji xəbərdarlıq
 
Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.
 

Google+ WhatsApp ok.ru