ABŞ İraq əsgərlərini vurdu; Mosulda 3 kənd İŞİD-dən azad olundu

ABŞ İraq əsgərlərini vurdu; Mosulda 3 kənd İŞİD-dən azad olundu

İraqda, Mosul şəhərinin qərbində 3 kəndin terror təşkilatı İŞİD-dən xilas edildiyi bildirilib.
 
Maide.Az xəbər verir ki, Ninova əməliyyatları komandanlığından kapitan Faysal Yasin bildirib ki, Mosul əməliyyatları davam edir. Şəhərin qərbindəki kəndlərdən 3-ün İŞİD-dən azad edilib. Əməliyyat zamanı təşkilata aid partlayıcı yüklü 4 maşın məhv edilib.
 
Digər bir məlumata görə, İraq ordusunda vəzifəli mayor Məzahim Əhməd isə bildirib ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə məxsus təyyarələr, Mosulun 12 kilometr şimalında yerləşən Təl Kəyf qəsəbəsinə təşkil etdiyi hava hücumunda İraqlı 4 əsgərin həyatını itirib, 9 əsgər isə yaralanıb.
 
Qeyd edək ki, Mosulu azad etmə əməliyyatları oktyabr ayının 17-də başlayıb.
 

Google+ WhatsApp ok.ru