ABŞ İraqdan Suriyaya hərbi karvan keçirdi

ABŞ İraqdan Suriyaya hərbi karvan keçirdi

Suriyada yerləşən ABŞ qüvvələri İraq ərazisindən qanunsuz “Əl-Valid” sərhəd-keçid məntəqəsi ilə silah-sursat və maddi texniki təminat dolu karvan keçirib.   

Bu barədə Suriya mətbuatı məlumat verib. 

Məlumata əsasən, 58 yük aftomobili və zirehli transportyorlar Hasakə vilayətinin Qamışlı şəhəri istiqamətinə doğru hərəkət edib.   

Xatırladaq ki, son aylarda ABŞ qüvvələri Suriyanın neftini və digər qaynaqlarını əldə etmək üçün əl-Cəzirədəki  qanunsuz varlıqlarını möhkəmləndirmək məqsədilə Hasəkə vilayəti ərazisinə minlərlə yük maşını silah və hərbi texnika göndərib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru