İƏT Quranı təhqir edənlərin cəzalandırılmasını tələb etdi

İƏT Quranı təhqir edənlərin cəzalandırılmasını tələb etdi

İslami Əməkdaşlıq Təşkilatı (İƏT) keçən ay İsveçdə Qurani-Kərimi yandıraraq təhqir edən cinayətkarların cəzalandırılmasını tələb edib.
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Xəlil Haşimi ötən gün İnsan Haqları Şurasının Cenevrədə keçirilən 25-ci ilcasında çıxış edib.
 
İslami Əməkdaşlıq Təşkilatının söçzüsü kimi çıxış edən Xəlil Haşimi keçən ay İsveçdə baş verən Quran yandırılması hadisəsinə işarə edərək vurğulayıb: "Əqidə azadlığı adı altında həyata keçirilən bu cinayəti izah edəcək bir şey yoxdur."
 
Xəlil Haşimi nümayəndəsi olduğu İƏT adından Quranı təhqir edən cinayətkarların məhkəməyə çıxarılması və cəzalandırılmasını istəyib.
 
Haşimi İƏT-nın Qərb ölkələrində İslam dini ilə düşmənçiliyin fonunda İslamofobiyanın geniş yayılmasından narahatçılığını bildirib.

Google+ WhatsApp ok.ru