ABŞ Rusiya ilə birbaşa müharibənin baş verməsindən danışdı

Maide.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki ABŞ və Rusiya arasında baş verə biləcək müharibə barədə açıqlama verib.
 
Psaki bildirib ki, ABŞ adminstrasiyası hazırda Ukraynaya silah göndərmək barədə düşünür, amma Rusiya ilə birbaşa müharibəyə girməyə cəhd etmir.
 
"Bu elə də asan qərar deyil. Heç kim Rusiya ilə genişmiqyaslı savaş istəmir", deyə Psaki bildirib.
 
Qeyd edək ki, dünyanın aparıcı siyasətçiləri dəfələrlə bəyan ediblər ki, Ukrayna münaqişəsi hər an nəhənglərin müharibəsinə çevrilə bilər. Bir neçə gün əvvəl Fransa prezidenti Fransua Olland da xəbərdarlıq etmişdi ki, sülh danışıqları alınmazsa, Ukraynada böyük savaş qaçılmazıdır.

Google+ WhatsApp ok.ru