ABŞ Səudiyyə Ərəbistana silah təhvilini sürətləndirdi

ABŞ Xarici İşlər nazirinin köməkçisi Toni Blinken Yəməndə Husilərə qarşı aparılan "Qətiyyət Fırtınası" əməliyyatı çərçivəsində Səudiyyə Ərəbistanına silah göndərilməsinə təkan verdiklərini bildirib.
 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ Səfirliyində görüşləri haqqında mətbuat konfransı keçirən Blinken, Yəməndəki əməliyyatlara dair də bəyanatlar səsləndirib.
 
Əməliyyatlara başçılıq edən Səudiyyə Ərəbistanının Yəməndə Husilərə və müttəfiqlərinə mesaj göndərdiyini deyən Blinken, Husilərin ölkədə nəzarəti ələ keçirə bilməyəcəklərini vurğulayıb. Blinken, "Səudiyyə Ərəbistanının səylərinə dəstək olaraq, silah təslimatını sürətləndirdik, kəşfiyyat məlumatlarımızı artırdıq və Səud əməliyyat mərkəzində birgə koordinasiya planlaşdırma qrupu yaratdıq", - deyə bildirib.

Google+ WhatsApp ok.ru