ABŞ Senatı nüvə anlaşmasına nəzarət layihəsi ilə müxalifət etdi

ABŞ Senatının İran İslam Respublikası ilə nüvə anlaşmasına nəzarət layihəsi ilə müxalif olması praktiki olaraq bu layihənin Konqresdə səs çoxluğu ilə qəbul edilməsi planını uğursuzluğa düçar edib. 
 
Maide.az-ın məlumatına görə, amerikalı senatorlar çərşənbə axşamı Konqresin İran ilə nüvə anlaşmasına nəzarət layihəsi ilə müxalifliklərini bildiriblər. İran ilə nüvə anlaşmasının bir pakta çevrilməsi üçün layihəyə Konqres üzvlərinin üçdə ikisinin bu layihənin lehinə səs verməsi lazım idi. Amma amerikalı senatorlar 37 lehinə səs müqabilində 57 əleyhinə səslə praktiki olaraq Konqresin İran ilə nüvə anlaşmasına nəzarət layihəsini rədd etmiş oldular. 
 
Buna baxmayaraq bir çox demokrat və bir qrup respublikaçı konqresmen ötən günlər ərzində bildirmişdilər ki, layihəyə əlavələrin edilməsi və onun daha da sərtləşdirilməsi himayələrin itirilməsinə səbəb oldu. Bu da layihənin qəbul edilməsi ehtimalının zəifləməsinə gətirib çıxartdı. 
 
ABŞ Konqresinin İran ilə nüvə anlaşmasına nəzarət üzrə "İran ilə nüvə anlaşmasının yenidən araşdırılması qanunu 2015" adlı layihəsi iki həftə öncə ABŞ senatının Xarici Əlaqələr Komitəsində təsdiq olunmuşdu. 
 
ABŞ-ın keçmiş dövlət katibi Kandoliza Rays bu layihə barədə açıqlamasında bildirmişdi ki, İran ilə əldə olunacaq anlaşma icra xarakteri daşıyan bir anlaşmadır və onun Konqresdə təsdiq edilməsinə ehtiyac yoxdur. 
 
ABŞ dövlət katibi Con Kerri də "Boston Klub" qəzeti ilə müsahibədə demişdir: Əgər Konqres siyasi səbəblər üzündən İran ilə ehtimal olunan nüvə anlaşmasını məhv edərsə, İrana qarşı sanksiyalar sistemi dağılmış olacaq. 
 
C.Kerri deyib: "Əgər Rusiya, Çin, Almaniya, Fransa və İngiltərə İran ilə nüvə anlaşmasını təsdiq edərlərsə və bu ölkələrin ekspertləri bu anlaşmanın yaxşı bir anlaşma olduğunu bildirərlərsə, amma, Konqres siyasi səbəblər üzündən bu anlaşmanı məhv edərsə, bütün bu ölkələr öz yollarını Amerikadan ayırmış olacaqlar". 
 
ABŞ dövlət katibi əlavə edib: 5+1 qrupu ölkələri arasında ayrılığın yaranması ilə sanksiyalar artıq məhv olmuş olacaq. Çünki, bu ölkələrin heç biri artıq sanksiyaları icra etməyəcək və Amerika 5+1 qrupu ölkələrini bir-birinin kənarında saxlaya bilməyəcək.

Google+ WhatsApp ok.ru