ABŞ və Britaniya axır ki, Bəhreyndəki haqsızlıqları gördü

 

Britaniya və ABŞ nəhayət ki, Bəhreyndəki insan haqları pozulmasını görüb və onu pislədilər.
 
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına əsasən, ABŞ-ın  BMT-dəki nümayəndəsi  sentyabrın 25-də Cenevrədə insan haqları şurasının qərargahında çıxış edərək Bəhreyndə insan haqlarının pozulmasını tənqid edib.
Amerika və İngiltərənin BMT-dəki nümayəndələri Bəhreynin təhlükəsizlik qüvvələrinin müxaliflər və etirazçılara qarşı sərt davranışları, Bəhreyn dövlətinin BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Juan Mendezin bu ölkəyə daxil olmasının qarşısının alınmasını , Bəhreynli vətəndaşların vətəndaşlıqlarının əllərindən alınmasını, siyasi məhbusların həbsinin davam etməsini tənqid edərək bu haqda nigarançılıqlarını bildiriblər. /
 

Google+ WhatsApp ok.ru