ABŞ viza verilişini dayandırdı

ABŞ bütün dünyada səfirliklərində texniki nasazlıq ucbatından müvəqqəti olaraq viza verilişini dayandırıb, Reuters xəbər verir.  
 
“Bu problem konkret olaraq hansısa ölkəyə, vətəndaşlıq sənədinə və ya viza kateqoriyasına aid deyil”, - idarənin press-relizində deyilir.
 
Dövlət Departamentinin məlumatına müvafiq olaraq hadisənin səbəbi, konsulluğun məlumat bazasının avadanlığının nasazlığıdır.  
Görünüşə baxılırsa 9 iyun tarixindən sonra ABŞ səfirliyinə sənəd təqdim edən vətəndaşlar sənədlərin qeydiyyatında ləngimələrlə üzləşəcəklər.
 
“Biz bu problemi mümkün qədər tez həll etməyə çalışacağıq və ehtimal edirik ki, sistem tezliklə işə başlayacaq”, - mətbuat xidmətindən bildiriblər.

Google+ WhatsApp ok.ru