Abxaziyada təhsil rusca oldu

Gürcüstanda tək tərəfli olaraq müstəqilliyi elan edən Abxaziya Muxtar Respublikasında orta məktəblərdə təhsil gürcü dilindən rus dilinə keçirilib.
Maide.az xəbər verir ki, Abxaziyanın Qali bölgəsində bir məktəbin müdiri 5 il müddətində orta məktəblərdə təhsilin rusca veriləcəyini bildirib.
Bundan başqa, rus dili və ədəbiyyatı dərsinin həftədə 7 saat, gürcücə dərslərin isə yalnız 3 saat olacaq.
Məlumat üçün bildirək ki, 1994-cü ildə Gürcüstanda ayrılan Abxaziyanın Qali bölgəsində 31 məktəbdən 11-də təhsil gürcü dilində idi.//

Google+ WhatsApp ok.ru