ABŞ-da kilsəyə hücum nəticəsində ölənləri sayı 27 nəfərə çatıb

ABŞ-da kilsəyə hücum nəticəsində ölənləri sayı 27 nəfərə çatıb

-- İnsident nəticəsində təxminən 24 nəfərin yaralandığı bildirilir

ABŞ-ın Texas ştatının San Antonio şəhərində Sazerlend-Sprinqs kilsəsində naməlum şəxsin atəş açması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, İnsident nəticəsində təxminən 24 nəfərin yaralandığı bildirilir.
 
Atəşi açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
 
CNN telekanalının məlumatına görə, hadisə yerinə polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları cəlb edilib. Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılır.
 

 

Google+ WhatsApp ok.ru