ABŞ-da Tramp əleyhinə aksiyalar başlayıb

ABŞ-da Tramp əleyhinə aksiyalar başlayıb

-- Nyu-Yorkda yüzlərlə etirazçı Tramp və onun...

ABŞ prezidenti Donald Trampın İran, Suriya, Liviya, Yəmən, Somali, Şimali Koreya və Venesuela vətəndaşlarına viza verilməməsi barədə aldığı qərar yerli əhali tərəfindən sərt etirazla qarşılanıb.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Nyu-Yorkda yüzlərlə etirazçı Tramp və onun qərarını təsdiqləyən Ali Məhkəmə əleyhinə şüarlar səsləndiriblər.
 
Fərqli din və etnik kökə mənsub insanlar Vaşinqtonda yerləşən Ali Məhkəmə binası qarşısına toplaşıblar. Onlar “Divara yox, qadağaya yox”, “Səyahət qadağasına yox”, “Demokrasiyaya hə, adağaya yox”, “Yəhudilər sizinlə” şüarlarının yazıldığı plakatlar da nümayiş etdiriblər.
 
Manhattan Bələdiyyəsinin sədri Qeyl Brever bu qərarın tamamilə yanlış olduğunu bildirib və buna görə mübarizə aparacaqlarını söyləyib.
 

Google+ WhatsApp ok.ru