ABŞ Donanması Çinə nüvə zərbəsi endirməyə hazır olduqlarını elan edib

ABŞ Donanması Çinə nüvə zərbəsi endirməyə hazır olduqlarını elan edib

ABŞ Sakit Okean  Donanmasının komandanı Skott Svift prezidentin fərmanı olarsa “lap elə gələn həftə” gəmilərinin  Çinə nüvə zərbəsi endirməyə hazır olduğunu bəyan edib. bu barədə Associated Press xəbər yayıb. 
 
Bildirililir ki, hərbi rəis Avstraliya  Milli Universiteti tərəfindən  təşkil olunan təhlükəsizlik məsələləri üzrə konfransda belə deyib. Onun sözlərinə görə, hərbçilərin  fəaliyyəti  mülki hökumətin nəzarətindən çıxarsa ciddi problemlər yarana bilər.
 
Xatırladaq ki, bir müddət əvvəl ABŞ və Avstraliya  birgə hərbi manevrlər keçirilib.(faktxeber)

 

Google+ WhatsApp ok.ru