ABŞ-ın 17 ştatı Trampı məhkəməyə verdi 27 İyun 2018 01:00 Dünya -- 128 səhifəlik məhkəmə işində ABŞ-ın 17 ştatı ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarını ailələrindən ayıran mübahisəli miqrant siyasəti səbəbilə Tramp rəhbərliyini məhkəməyə verib. Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Nyu York, Kaliforniya və Vaşinqton başda olmaqla 17 ştatın baş prokuroru prezident Trampın qanunsuz və amansız miqrant siyasətinə görə ABŞ rəhbərliyini məhkəməyə verib. Sietl regional məhkəməsinə təqdim olunan 128 səhifəlik məhkəmə işində, Trampın miqrant siyasətinin ABŞ Konstitusiyasındakı bərabərlik hüququnu, federal sığınacaq və status hüquqlarını pozduğu qeyd edilib. Nyu Yorkun prokuroru Barbara Andervud da yazılı bəyanatında belə qeyd edib: “Uşaqları valideynlərindən ayırmaq qeyri-insani, vicdansız və qanunsuzluqdur. Biz də bunu dayandırmaq üçün iddia qaldırırıq. Tramp rəhbərliyi uşaqları valideynlərindən ayıraraq, onları yüzlərlə kilometr uzağa göndərərək, bu uşaqlara çox böyük bir travmaya vurulur. Bizim ölkəmiz bu deyil. Tramp hakimiyyətinin konstitusiyaya və haqlarımıza zərbə vurmasına tamaşa edə bilmərik”. ABŞ-ın prezidenti ölkə daxilindən və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalardan sonra ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarının valideynlərindən ayrılmasını qadağan edən bir fərman vermişdi. Teqlər : #ABŞın 17 ştatı Trampı məhkəməyə verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiya keçirilib - FOTO İstanbul su altında
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO