ABŞ-ın büdcə kəsiri 1 trilyona çatdı

ABŞ-ın büdcə kəsiri 1 trilyona çatdı

ABŞ-ın büdcə kəsiri 2018-ci maliyyə ilinin sonunda (sentyabrın 30-da bitir – red.) 1 trilyon dollara çatıb.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Konqresinin Büdcə İdarəetməsi yayıb. Belə ki, bu maliyyə ilinin ilk 11 ayı ərzində federal büdcənin xərcləri keçən illə müqayisədə 222 milyard dollar və ya 32% artıb. Büdcədən olan xərclərin artmasına əsas səbəb vergi reformaları olub. Bununla belə, büdcəyə gələn vergi toplamalarının həcmi cəmi 1% artıb.
 
Qeyd edək ki, bundan öncə hesabatlarda büdcə kəsirinin 1 trilyon dollara 2020-ci ildən tez çatmayacağı bildirilmişdi.
 

 

Google+ WhatsApp ok.ru