Abşeronda 3 sərnişin vaqonu yanıb

Abşeronda 3 sərnişin vaqonu yanıb

Abşeronda yanğın qeydə alınıb.
 
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Abşeron rayonunda hər biri 60 m2 olan 3 ədəd istismara yararsız sərnişin vaqonlarının yanar konstruksiyaları və ətrafa dağılmış üzlüklər 300 m2 sahədə yanıb.
 
Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
 
Yanğın saat 23:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru