Ağ Ev: `ABŞ və Səudiyyə hesab edirlər ki, Əsəd öz postunu tərk etməlidir`

Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Barak Obama və Səudiyyə kralı Salman ben Abdel Əziz Əl Səud arasında keçirilən görüşün nəticələri ilə bağlı bəyanat yayıb.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ağ Evdən bildiriblər ki, ABŞ və Səudiyyə Suriya münaqişəsinin siyasi yolla həll edilməsinə istәyirlər, lakin buna baxmayaraq hər iki dövlət Ərəb Respublikasının prezidenti Bəşər Əsədin postunu tərk etməli olduğunu düşünürlәr.
 
"Salman və Obama Suriya atəşkəsini müzakirə ediblər. Eyni zamanda tərəflər Yəmən münaqişəsini və regionda baş verən son hadisələri müzakirə ediblər. Bununla yanaşı İran da tərəflərin əsas müzakirə mövzularından biri olub", - deyə Ağ Evdən bildiriblər.
 

Google+ WhatsApp ok.ru