Pan Gi Mun Cənubi Qafqaza səfərini ləğv etdi

BMT-nin Baş katibi Pan Gi Mun Cənubi Qafqaza səfərini ləğv edib.
 
Oxu.Az xəbər verir ki, bu barədə News.am-a BMT-nin Yeravan ofisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armine Xalacyan Baş katibin mətbuat katibi Stefan Cüjarrikə istinadən bildirib.
 
Pan Gi Munun səfər çərçivəsində Gürcüstan, Ermənistanda olacağı, Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci forumunda iştirak edəcəyi gözlənilirdi.
 
“Stefan Cüjarrikin bildirdiyinə görə, Baş katib regiona gəlməyi çox istəsə də, təcili səbəblərlə əlaqədar bu günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin tarixinə yenidən baxılacaq”, - deyə Qalacyan bildirib./
 

Google+ WhatsApp ok.ru