Afinada yunan təqaüdçülərin aksiyası

Maide.az xəbər verir ki, bir qrup yunan taqaüdçü və müavinətçi bu gün Yunanıstandakı cari maliyyə böhranına görə bağlanmış milli bank binası qarşısında aksiya keçirib.
 
Beş il bundan öncədən Yunanıstanda başlanmış maliyyə böhranı davam edir və son günlər bu ölkə başçılarının yeni kreditlər və yardımlar almaq üçün beynəlxalq maliyyə orqanları və təşkilatları, eləcə də Avropa Birliyi ölkələrinin məsul şəxsləri ilə müzakirələri nəticəsiz olub.
 
Yunanıstan dövləti səkkiz saatlıq iclasdan sonra qərara alıb ki, bu ölkə bankları bağlı olmaqda davam etsinlər, çünki dövlət onlara lazım olan maliyyə mənbələrini təmin edə bilmir. 
 
Yunanıstan bankları ötən altı gündə bağlı olublar və bu ölkə vətəndaşları banklardan pul götürmək üçün ciddi problem və məhdudiyyətlərlə üzləşirlər.

Google+ WhatsApp ok.ru