Şagirdlər dərsi qavraya bilmir - Ev tapşırığı necə olmalıdır? 15 Fevral 2017 02:00 Ölkə Bəzi valideynlər ibtidai siniflərdə dərs proqramının ağırlığından, şagirdlərin həddindən çox yüklənməsindən narahatdırlar. Ya uşaq ev tapşırıqlarını çatdırmır, ya da tapşırığı qavramır. Məsələyə Təhsil Nazirliyi də münasibət bildirib. Dərs proqramını nəinki şagirdlər, hətta valideynlər də başa düşmədiklərini deyirlər. Təhsil Nazirliyi isə proqramın dövrün tələbinə uyğun olaraq hazırlandığını qeyd edir. Nazirliyin məktəbəqədər və ümumitəhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edir ki, istifadə olunan proqramın məqsədi əvvəlki proqramlardan fərqli olaraq şagirdlərin hafizəsindən daha çox təfəkkürünü inkişaf etdirməkdir. Şagird və valideynləri narahat edən digər bir məsələ də ev tapşırıqlarının çox olması ilə bağlıdır. Bu da şagirdin fiziki olaraq da həddən artıq yüklənməsinə gətirib çıxarır. Aydın Əhmədov ev tapşırıqları ilə bağlı məktəb və müəllimlərə həm yazılı həmdə şifahi tövsiyyələr göndərdiklərini bildirdi. Belə ki, ibtidai sinif şagirdinə ev tapşırığı verilməsi ümumiyyətlə tövsiyyə olunmur. Şöbə müdiri növbəti təhsil proqramlarında səsləndirilən iradların nəzərə alınacağını bildirdi. Teqlər : #Şagirdlər dərsi qavraya bilmir Ev tapşırığı necə olmalıdır?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 2234 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb Məhərrəmdən 10 gün əvvəl təmirə bağlanan məsciddə işlər aparılmır - FOTOLAR