Akif Nağı və QAT-ın 6 üzvü saxlandı

Qarabağ Azadlıq Təşkilatı (QAT) 13 iyunda Bakıda aksiya keçirib.

Təşkilat üzvləri Birinci Avropa Yay Oyunları çərçivəsində digər ölkələrlə yanaşı, Ermənistan bayrağının da Bakıda qaldırılmasına, həmçinin erməni idmançılarının Tiblisi prospektində yerləşən Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlarda düşmən ölkənin təmsilçilərinin çıxışına  etiraz edib.

Aksiya iştirakçıları “Erməni! Sən idmançı deyilsən!  Sən işğalçısan, terrorçusan!  Rədd ol! " yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Aksiya polis müdaxiləsinə məruz qalıb və QAT-ın 6 üzvü həbs edilib.

QAT-ın mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, başda Akif Nağı, Tahir Bayramov, Sevinc Axundova, Nəsib Cəfərov, Cəfər Həşimov, Hüseyn Hüseynov saxlanılaraq 20-ci polis bölməsinə aparılıb.musavat/

Google+ WhatsApp ok.ru