Sabah Azərbaycan ərazisində 37 dərəcə isti olacaq

İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şərq küləyi əsəcək. Küləkli hava şəraitinin davam edəcəyi gözlənilir.
 
Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq.
 
Sabah bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru