AK PArtiya 4 min nəfər qarşısında namizədinin adını açıqlayacaq 01 İyul 2014 01:00 Dünya Türkiyənin Ədalət və İnkişaf Partiyası bu gün prezidentliyə namizədini açıqlayacaq. Namizədin açıqlanacağı konqres mərkəzində gecədən hazırlıqlara başlanılıb. Toplantıda 4 minə yaxın adamın iştirak edəcəyi gözlənilir. Təhlükəsizlik məqsədilə mərkəzin zalı, dəhlizləri bağlanıb, binanın ətrafına təhlükəsizlik çəpəri çəkilib. Türkiyənin baş nazirinin müavini Bülənd Arınç jurnalistlərə açıqlamasında namizədin adını açıqlamasa da, hakim partiyanın prezident seçkilərinə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanla gedəcəyi istisna olunmur. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk turda qalib müəyyənləşməsə, ikinci turun avqustun 24-də keçirilməsi planlaşdırılır. Hazırkı prezident Abdullah Gülün səlahiyyət müddəti avqustun 29-u bitir. Teqlər : #AK PArtiya 4 min nəfər qarşısında namizədinin adını açıqlayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: `Amerika İslamı` zahirdə İslam adı ilə ABŞ və sionizmin məqsədlərinə xidmət edir İŞİD terrorçuları İraqda 2000 insan qətlə yetirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO