İşğalçı Ermənistan ordusu atəşkəs rejimini 47 dəfə pozub 27 Noyabr 2014 02:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Sarıcalı, Baş Qərvənd, Kəngərli, Novruzlu, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #İşğalçı Ermənistan ordusu atəşkəs rejimini 47 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə naziri ilə yekunu cəbhə bölgəsində vurdu Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - VİDEO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'