İşğalçı Ermənistan ordusunun fəallığı bu gücə də özünü göstərib 07 Yanvar 2015 02:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Sarıcalı, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #İşğalçı Ermənistan ordusunun fəallığı bu gücə də özünü göstərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gizirimiz minaya düşüb Bu gecə də cəbhədə silahlar susumayıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'