Ali-Xəlifə siyasi cəmiyyətlərin fəaliyyətlərinə son qoymağa çalışır

Bəhreyn Milli-Demokratik Toplantısı Cəmiyyətinin üzvü Məhəmməd Əldirazi Ali-Xəlifə rejimini bu ölkənin siyasi cəmiyyətlərinin fəaliyyətlərinə son qoymağa çalışmaqda ittiham edib.
Maide.az-ın Əl-Aləm telekanalına istinadən məlumatına görə, M. Əldirazi deyib ki,  Ali-Xəlifə rejiminin dəmir təhlükəsizlik yumruğu davam edir və bu rejim onun vasitəsi ilə Əlvifaq cəmiyyəti konqresinin keçirilməsinə mane olub.
O, deyir ki, Ali-Xəlifə rejimi məhkəmə hakimiyyətini Əlvifaq-ın fəaliyyətinin dayandırılması və ya onun tam şəkildə bağlanması haqda hökm çıxarmağa məcbur etməyə çalışır.
Onun sözlərinə görə, Bəhreyn məhkəməsi Əlvifaq-dan istəyib ki, fəaliyyətini mülayimləşdirsin.
M.Əldırazi deyib ki, Ali-Xəlifə rejiminin hədəfi, ölkədəki siyasi cəmiyyətlərin fəaliyyətlərinə son qoymaqdır.  /

Google+ WhatsApp ok.ru