Ali-Xəlifə rejim qüvvələri Bəhreyndə insanların evlərinə hücum edir

Ali-Xəlifə rejim qüvvələri Bəhreyndə insanların evlərinə hücum edir

Ötən gün Ali-Xəlifə rejim qüvvələri və muzdlu əsgərlər Bəhreyndə Karzkan və Damestan bölgələrini mühasirə edib və insanların evlərinə hücum çəkib.
 
Maide.Az xəbər verir ki, "14 fevral İnqilabçı Gənclər Koalisiyası" bəyanat yayaraq Ali-Xəlifə rejim qüvvələrinin bu hücumunu pisləyib. “İnsanların evlərinə edilən bu hücumlar Ali-Xəlifə rejim tərəfindən məqsədli şəkildə və terror hücumlarıdır.”, -deyə koalisiyanın bəyanatında bildirilir.
 
Qeyd edək ki, Bəhreyn təhlükəsizlik qüvvələri avqust ayının 10-dan indiyədək ölkədə repressiv əməliyyatların sayını artırıb və yeni həbslər həyata keçirir. Bu hücumlar zamanı çox sayda insan həbs olunub və yaralananlar var. /

Google+ WhatsApp ok.ru