Ali Lider fələstinliləri hərbi güclərini artırmağa çağırıb


İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ötən gün Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullahı qəbul edib.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, görüşdə Ali Lider Ayətullah Xamenei bildirib ki, Qəzza xalqı 51 günlük müharibədə Sionist rejimi məğlub etdi və bu müsəlmanları sevindirdi. “Qəzzan xalqının müqaviməti və bu böyük qələbəsi ilahi vədənin reallaşmasına sübutdur və digər böyük qələbələrin reallaşacağını müjdə verir”.
Ayətullah Xamenei deyib ki, İran xalqı Fələstin xalqının müqaviməti və qələbəsi ilə fəxr edir. “Biz müqavimətin mütəmadi və davamlı qələbələrinin qəti qələbə əldə edənəcək davam edəcəyini arzulayırıq. Moderrn təchizatlara malik İsrail rejimi müharibənin ilk günlərində savaşı öz xeyrinə başa çatdıra bilərdi, lakin  zəiflədi və öz istəklərinə nail ola bilmədi. Bu üzdən məğlubiyyətlə üzləşdi və müqavimətin irəli sürdüyü şərtlərə təslim və tabe oldu.”
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Sionist rejimin yenidən Qəzza xalqına qarşı  təcavüzlərinin təkrarlana biləcəyi ehtimalı olduğunu vurğulayıb.
“Sionist rejimi Qəzzaya təcavüzünü yenidən təkrarlaya bilər, ona görə də, mübarizə hərəkatları öz hərbi gücünü möhkəmləndirməlidirlər”
Ayətullah Xamnei İsrail tərəfindən gələn təcavüzlərin hər an baş verə biləcəyini deyib. O, Qəzzadakı mübarizə hərəkatının İordan çayının qərb sahilinə də sirayət etməsini istəyib, onları da İsrailə qarşı mübarizəyə səsləyib. /


 

Google+ WhatsApp ok.ru