Alimlər insan dərisi çap edən “3D” printer yaradıb - VİDEO

Alimlər insan dərisi çap edən “3D” printer yaradıb - VİDEO

İspaniyalı alimlər insan dərisi çap edən bioprinter nümayiş etdirib.
 
III Karlos adına Madrid Universiteti, Enerji, Ətraf Mühit və Texnologiyalar üzrə Araşdırma Mərkəzi, həmçinin Qreqorio Maranyon adına  Madrid Universitet hospitalından olan alimlər qrupu bioloji materiallar çap edən “3D” printer düzəldiblər. Araşdırmalara görə, əldə edilmiş dəri tamamilə funksionaldır, tibb və transplantasiyada tətbiq oluna, həmçinin kosmetik məhsul və məişət kimyasının sınaqlarında istifadə edilə bilər.
 
Maide.Az “ICTnews”-a istinadən xəbər verir ki, süni insan dərisi biomürəkkəbin köməyi ilə yaradılır. Süni dəri əsl insan dərisinin quruluşunu təkrarlayaraq lay-lay çap olunur.
 
Çap edilmiş dəri insan dərisində olduğu kimi, epiderma və dermadan ibarətdir, bioloji cəhətdən aktivdir və dəriyə elastiklik verən kollageni özü ifraz edir. Alimlər bildiriblər ki, çap üçün konkret insanın bioloji materialından istifadə edildiyi halda qısa müddətdə transplantasiya üçün yararlı dəri yaratmaq olar.
 
Süni dərinin hazırlanmasında iştirak etmiş “BioDan Group” firması məhsulu bazara çıxarmağı planlaşdırır. /

Google+ WhatsApp ok.ru