Günəş enerjisi ilə çalışan `ağıllı` skamyalar təqdim edilib

Günəş enerjisi ilə çalışan `ağıllı` skamyalar təqdim edilib

Cihazı günəş enerjisi ilə dolduran və şəhər üçün məlumat toplayan “ağıllı” skamyalar təqdim olunub
 
“MIT Media Lab”dan gəlmələr tərəfindən təsis edilmiş “Changing Environments” startapı günəş enerjisi ilə işləyən cihazlar üçün enerji doldurma qurğularından ibarət şəhər skamyaları və ictimai nəqliyyatın gəlmə vaxtını, hava, hadisələr haqda informasiyanı göstərən rəqəmli informasiya göstəriciləri təqdim edib. Hər bir skamyada 2 ədəd “USB” portu quraşdırılıb, rəqəmli göstəricilər enerjini, həmçinin günəş batareyalarının köməyi ilə əldə edir.
 
Maide.Az “ICTnews”-a istinadən xəbər verir ki, hər bir skamya piyada hərəkəti haqda məlumat toplayan sensorlarla təchiz edilib. Toplanılmış məlumat simsiz şəbəkə vasitəsilə şirkətin mənzil-qərargahına ötürülür. Şəhər administrasiyası bu informasiyanı şəhərsalma haqda qərarların qəbulunda, tədbirlərin keçirilməsində istifadə edə bilər. Həmçinin skamyalarda enerjidoldurma qurğularından istifadə tezliyi haqda informasiya toplanılır, yaxınlıqdan keçən piyadaların mobil qurğularındakı elektromaqnit siqnalları qeydə alınır. “Changing Environments” startapının proqram təminatı bu məlumatların köməyi ilə şəhərin hər hansı yerində olan canlanmanı müəyyənləşdirir. /
 

Google+ WhatsApp ok.ru