Ali Rəhbər Ayətullah Xameneyinin tvitter hesabı dayandırılıb

Ali Rəhbər Ayətullah Xameneyinin tvitter hesabı dayandırılıb

Tvitter  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneyinin bir çox dildə fəaliyyət göstərən profillərini əngəlləyib. Belə ki, Ali Rəhbərin profillərinə girmək istəyənlər, "Hesab dayandırıldı. "Twitter" qaydaları pozan hesabları dayandırdı" xəbərdarlığı ilə qarşılaşır.
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, Ayətullah Xameneyinin fars və ingilis dilində olan hesabları qısa müddət ərzində yenidən açılsa da, ərəb, urdu və fransız hesabları hələ də bağlıdır.
 
"Twitter"dən və Ali Rəhbərin ofisindən hələlik bu barədə heç bir açıqlama verilməyib.
 
ABŞ-da yerləşən sosial media platforması "Twitter", bundan əvvəl də bir neçə dəfə Ali Rəhbərin hesablarını müvəqqəti dayandırmışdı.

Google+ WhatsApp ok.ru