Ali Səud rejimi şiə ruhanini həbs edib

Ali Səud rejimi şiə ruhanini həbs edib

Ali Səud rejiminin təhlükəsizlik qüvvələri  Əhli-beyt (ə) ardıcıllarına qarşı represiyalar davam edir. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  belə ki, ötən gün Ali Səud rejim qüvvələri  Qətif bölgəsində bölgənin ruhanilərindən Şeyx Hüseyn  Ən-Nimri  həbs edib. 
 
Saxlanılan Şeyx Hüseyn ən-Nimrin nədə ittiham olunması ilə bağlı məlumat verilməyib.  
 
Səudiyyə Ərəbistanı rejimi son ayda  ölkə alimlrinə xüsusi ilə Qətif və Əl-Əhsa vilayətlərində alimlərə qarşı repressiya siyasətini artırıb. 
 
Şeyx Hüseyn Ən-Nimrdən öncə  son aylar ərzində  ruhanilər Seyid Haşim  Əş-Şəxs,  Seyid  Xəzrəl-Əvami və Şeyx Abbas əs-Səidi həbs olunub. 
 
Qeyd olunur ki, ümumilikdə  indiyədək 16 şiə ruhani Səudiyyə rejimi tərəfindən həbs olunub.  
 
 

Google+ WhatsApp ok.ru