Ali Xəlifə rejim qüvvələri  Ayətullah Şeyx İsa Qasimin evinin önündə toplaşan gənclərə hücum edib - VİDEO

Ali Xəlifə rejim qüvvələri Ayətullah Şeyx İsa Qasimin evinin önündə toplaşan gənclərə hücum edib - VİDEO

Səudiyyə Ərəbistan şiələrinin şəhid olan rəhbəri Şeyx Nimrin edam edilməsinin ildönümünün ərəfəsində Bəhreyndə Ali Xəlifə rejim qüvvələri ötən gecə  Diraz bölgəsində onlarla gəncə hücum edib. 
 
Maide.Az xəbər verir ki, etirazçı gənclər Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin evinin önündə toplanaraq elan edib ki, Şeyx Nimrin yolunu davam etdirəcəklər. 
"Sitra" xəbər protalının məlumatına görə, Bəhreyn qüvvələri etirazçı gənclərə qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. 
 
Həmçinin Səudiyyə Ərəbistan şiələri dekabrın 30-dan (cümə günü) Ayətullah Şeyx Nimrin şəhid olmasının ildönümü münasibəti ilə bir həftə müddətində müxtəlif mərasimlər keçirəcək və etiraz aksiyaları keçirərək Şeyx Nimrin yolunun davam etdiriləcəyini vurğulayacaq. 
 
Xatırladaq ki, Səudiyyə rejimi cari ilin yanvarın 2-də Ayətullah Şeyx Baqir Nimri şəhid edib. Şeyx Nimr 2012-ci ildə Qətifdə hakimiyyət əleyhinə aksiyalardan sonra tutulub. Ona qarşı əsassız və gülünc ittihamların ardından Səudiyyənin Cinayətlər Məhkəməsi onun kütlə qarşısında asılaraq və başının bədənindən ayrılaraq edam edilməsi haqda hökm vermişdi. 
 
 
Səudiyyənin bu edamı İslam dünyasında və eləcə də beynəlxalq təşkilatlar arasında böyük səs-küyə və etirazlara səbəb oldu. (presstv)/
 

Google+ WhatsApp ok.ru