Ali Xəlifə rejim qüvvələrinin Bəhreyn xalqına gözyaşardıcı qazla hücumu – VİDEO

Ali Xəlifə rejim qüvvələrinin Bəhreyn xalqına gözyaşardıcı qazla hücumu – VİDEO

Ali Xəlifə rejim qüvvələri Bəhreyndə etiraz aksiyası iştirakçılarına gözyaşardıcı qaz və  güllə (saçma, qırma) hücum edib, onlarla insanın yaralandığı bildirirlir.
 
Maide.Az xəbər verir ki, Bəhreyn xalqı cümə axşamı günü Manamanın şərqində Xəlifə bin Salman limanında rejim qüvvələrinin açdığı güllə nəticəsində şəhid olan 3 bəhreynli fəalın ailələrinə dəfn mərasimində iştirak üçün izn verilməməsinə etiraz olaraq ötən gün (bazar günü) ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirib. 
 
Etiraz aksiyası Bəni-Cəmrə, Diraz, Satra, Əbu-Səbi, Şaxurə, Mamir və digər qəsəbələrdə təşkil olunub. Etirazçılar Ali Xəlifə rejiminin cinayətlərini pisləyib. Onlar təkbir deyərək öz şəhidlərin yolunu davam etdirəcəklərini və onların qanının intiqamını Ali Xəlifə rejimindən alacaqlarını bildirib. 
 
Bəhreyn rejim cümə axşamı günü şəhid olan şəxslərin dəfn mərasimində ailələrinin iştirakına icazə verməyib. Hər ailədən 2 nəfəri həbs edərək dəfndə iştirak etməyə məcbur edilib ki, qəbrlərin yerini bilinsin. Rejim qüvvələri ailələrə dəfn üçün gələcəyi təqdirdə, onlara atəş açacaqları ilə hədələyib. 
 
Qeyd edək ki, Bəni-Cəmrə vətəndaşları 3 gündür ki, bəhreynli vətəndaşların edam olunmasına etiraz olaraq aksiya həyata keçirir.

 

Google+ WhatsApp ok.ru