Ali Xəlifə rejimi Bəhreyn parlamentinin sabiq nümayəndəsini 10 il müddətinə azadlıqdan məhrum edib

Ali Xəlifə rejimi Bəhreyn parlamentinin sabiq nümayəndəsini 10 il müddətinə azadlıqdan məhrum edib

Ali Xəlifə rejimi Bəhreyn parlamentinin sabiq nümayəndəsi Şeyx Həsən İsanı 10 il müddətinə azadlıqdan məhrum edib. 
 
Maide.info xəbər verir ki, "Əl-Vifaq" Cəmiyyətinin tanınmış simalarından, görkəmli ruhani, Bəhreyn parlamentinin sabiq nümayəndəsi Şeyx Həsən İsa “terror qruplarını maliyələşdirməkdə” ittiham olunub. 
 
2015-ci ildə Bəhreynin Sitra bölgəsində 2 polisin ölümü və 4 nəfərin yaralanması ilə partlayış baş verib. Bəhreyn rejimi Şeyx Həsən İsanı həmin partlayışı törədən şəxslərə maliyyə yardımı etməkdə ittiham edir. 
 
Şeyx Həsən İsa 2015-ci ilin avqust ayında Bəhreynə qayıdarkən hava limanında həbs olunub. Bəhreyn rejimi onu vəkillə təmin etməyib və ona ailəsi ilə görüşə icazə verməyib. Şeyx Həsən İsa iki ilə yaxın bir müddətdə digər məhbuslardan təcrid olunara birnəfərlik kamerada saxlanılıb. 
 
Şeyx Həsən İsanın ilk məhkəməsində şahidlərdən biri etiraf edib ki, ona Şeyx Həsən İsanın əleyhinə şahid olmaq üçün sənədlərə güc tətbiq etmək və hədələməklə qol çəkdiriiblər. 
 
Şeyx Həsən İsa bundan öncədə siyasi fəaliyyətlərinə görə 3 dəfə Bəhreyn rejim qüvvələri tərəfindən həbs olunub və sərbəst buraxılıb.

Google+ WhatsApp ok.ru