Almaniyada aviareyslər təxirə düşdü

Almaniyada aviareyslər təxirə düşdü

Berlinin iki hava limanında yerüstü nəqliyyat xidməti əməkdaşlarının keçirdiyi tətil səbəbindən həmin aeroportlarda 130-dan çox reys təxirə salınıb.
 
Almaniya paytaxtında “Tegele” hava limanında 112, “Şenefelde” hava limanında 22 reys təxirə salınıb.
 
Tətildə bir neçə nəqliyyat xidmətinin 2 mindən çox əməkdaşı iştirak edir.
 
Həmkarlar İttifaqı bu sahədə çalışan işçilərin əmək haqqının artırılmasını və karyera artımı imkanının yaradılmasını tələb edir. (trend) /

Google+ WhatsApp ok.ru