Almaniyada dəmiryolu işçiləri tətil etdi: tıxacın uzunluğu 550 km-i keçdi

Almaniyada dəmiryolu işçiləri tətil etdi: tıxacın uzunluğu 550 km-i keçdi

Almaniya dəmiryolu idarəsində çalışan 160 min nəfər tətilə başlayıb. Tətilə bu gün saat 5-də start verilib və saat 9-a kimi davam edib.
 
Almaniyada dəmiryol xəttini plana uyğun yenidən işə düşməsini təmin etmək üçün də 1 saatdan artıq vaxt lazım olub.
Bu, 4 saatlıq xəbərdarlıq tətilidir. İşçilərin narazılığı maaşların azlığı ilə bağlıdır.
 
Xarici ölkələrlə, o cümlədən İsveçrə ilə də Almaniyanın dəmiryol üzərindən bağlantısı iflic olub. Ölkədə 550 km uzunluğunda tıxac yaranıb. Almaniya hökuməti problemi həll etmək üçün hərəkətə keçib.
 
Bazar ertəsi Almaniya üçün ciddi sarsıntı ilə başlayıb. Bəzi ekspertlər iddia edir ki, Almaniyada da Fransadakı "Sarı gödəkçəli"lər tipində çaxnaşmalar ola bilər.
 
Çünki Almaniyada da sadə xalqın durumu heç də Fransadakından yaxşı deyil.
 

Google+ WhatsApp ok.ru