Almaniyada minlərlə nəfərin iştirakı ilə aksiya keçirilib

Almaniyada minlərlə nəfər ölkənin prezident sarayı qarşısında etiraz aksiyası keçirib.
Maide.az-ın məlumatına görə, etirazçılar rəsmi Berlinin bu ölkə sərhədlərindən kənarda yürütdüyü militarist və müdaxilə mahiyyətli siyasətlərini tənqid edib.
Şənbə günü axşam Berlin şəhərinin mərkəzi dəmir yolu stansiyasından başlayaraq, bu ölkənin prezident sarayı qarşısında bitən etiraz aksiyasında etirazçılar şüarlar verərək, Almaniya dövlətinin siyasətləri və bu ölkənin siyasi şəxsiyyətlərinin militarist ifadələrini pisləyiblər.
Almaniya kansleri Angela Merkel, prezident Yuaxim Qavok və müdafiə naziri Eversola Funderlayn etirazçıların şüarlarının əsas  hədəfi olublar.
Etiraz aksiyası sç saata yaxın davam edib.
Qeyd edək ki, gələn həftə Almaniya dövləti ölkə hərbçilərinin İraq Kürdüstanına göndərilmələri üzrə layihəni təsdiq etmək üçün  parlamentinə təqdim edəcək. /
 

Google+ WhatsApp ok.ru