Almaniyada miqrantlar əleyhinə aksiya

Almaniyanın Leypsiq şəhərində miqrantlar əleyhinə irimiqyaslı aksiya keçirilib.
 
Maide.az xəbər verir ki, Press TV-nin məlumatına görə, Almaniyanın Leypsiq şəhərində çoxlu sayda alman miqrantlar əleyhinə aksiyada iştirak edib. İfratçı Pegida Hərəkatının təşkil etdiyi bu aksiya qarşısında bir neçə yüz nəfər də miqrantlara dəstək məqsədi ilə  aksiya keçirib.
 
Almaniya polisi qarşıdurma yaranmaması üçün bu iki müxalif qrupun bir-birinə yaxınlaşmasının qarşısını alıb.
 
Pegida hərəkatı təxminən hər həftə miqrantlar əleyhinə aksiya təşkil edir. İki il öncə təşkil olunan müsəlmanlara qarşı bu qrup Avropada miqrantlarla müxalif olanları cəzb edən mərkəzə çevrilib./
 

Google+ WhatsApp ok.ru