Almaniyada qatar maşinistlərinin tətili ölkədə nəqliyyatı iflic edib 11 Avqust 2021 15:47 Dünya Almaniyanın bir çox əyalətində qatar maşinistlərinin maaş artımı tələbi ilə işi dayandırması səbəbindən ölkə nəqliyyatı iflic olub. Almaniya Dəmir Yolları İdarəsindən “Report”un Avropa bürosuna verilən məlumata görə, tətil bir çox yerli və xarici turisti qatar platformalarında saatlarla gözləmək məcburiyyətində qoyub. Eyni zamanda bir çox şəhər bələdiyyəsi mövcud vəziyyətlə əlaqədar şəhərlərin marşrut xəttinə əlavə avtobus cəlb etməkdə çətinlik çəkib. Ölkədə ən acınacaqlı vəziyyət isə Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf, Köln, Bonn, Duysburq kimi böyük şəhərlərində qeydə alınıb. Xüsusilə Düsseldorf və Köln-Bonn hava limanı istiqamətinə gedən qatar reyslərinin təxirə salınması minlərlə sərnişinin aeroporta gedib çata bilməməsinə səbəb olub. Qeyd edək ki, Almaniya Qatar Maşinistləri Birliyi (GDL) tərəfindən dəstəklənən tətil cümə gününə kimi davam edəcək. Teqlər : #Almaniyada,#qatar,#maşinistlərinin,#tətili,#ölkədə,#nəqliyyatı,#iflic,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bin Nayifın tərəfdarlarının həbsini davam etdirir İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qeydiyyat üçün LİNK
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO