Almaniyalı Tomas Merkel İmam Rzanı (ə) ziyarət etdi və müsəlman oldu

İrana səfəri əsnasında İmam Rzanın (ə) qəbrini ziyarət edən və orada olan alimlərdən özünə İslam dinini izah etmələrini istəyən Almaniyalı iqtisadçı Tomas Merkel müsəlman olmağa qərar verib.
 
Deyerler.org-un verdiyi xəbərə görə, Məşhəddə Qüds Rəzəvi Astanında olan Tomas Merkel İslam alimlərindən dininin əsaslarını ona izah etmələrini istəyib.
 
Merkel müsəlman olduqdan sonra, Əli adını seçdiyini və ibadətlərini Əhli-Beyt (ə) məzhəbinin prinsipləri və qayda-qanunları ilə yerinə yetirdiyini bildirib.
 
Bu arada Merkelin İslam dini ilə marağının Almaniya müsəlmanları ilə danışıqlardan sonra yarandığı vurğulanır. /
 

Google+ WhatsApp ok.ru