Binəqədidə 10 min adam 3 gündür qazsız qalıb

Binəqədi rayonununun “Zəngəzur” şadlıq evinin yaxınlığında yerləşən və "Yeni məhəllə" deyilən yaşayış massivinə verilən mavi yanacaq 3 gündür ki, kəsilib.

 Mavi yanacağın verilməsi məqsədilə rayonun Qaz İstismar İdarəsinə, qəza xidmətinə dəfələrlə müraciət etsələr də, problem aradan qaldıran yoxdur. Bu barədə məlumat verən şair-publisist Eldar İsmayıl qaz verilişinin dayandırılması ilə əlaqədər olaraq, yaşlıların və azyaşlı uşaqların xəstələndiyini bildirib:

“Hansı idarəyə müraciət ediriksə, deyirlər ki, ana xəttə qəza baş verib, bərpa işləri aparılır. 3 gündür qazsız qalmışıq. Evləri isitmək problemə çevrilib. Mən də, körpələr də xəstələnmişik. Bu ərazidə təxminən 10 min adam qazsız qalıb”.  Şair mavi yanacağın verilişinin nə zaman bərpa olunacağı bilmədiyini də qeyd edib. strateg/

Google+ WhatsApp ok.ru