Almaniya mediaya basqıya görə Türkiyəyə narazılığını çatdırıb

Rəsmi Berlin Ankaraya Türkiyədə söz azadlığı ilə bağlı vəziyyətdən narahatlığını bildirib. Maide.az xəbər verir ki, bu barədə AFR hökumətinin rəsmi nümayəndəsi Kristian Birts açıqlamasında deyib.
 
AFR XİN nümayəndəsi Martin Şefer qeyd edib ki, Almaniya hökuməti söz azadlığının məhdudlaşdırılması mövzusunda Ankara ilə ikitərəfli dialoqa səy göstərir.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə polisi "Zaman" qəzetinin ofisinin qarşısında mitinqin dağıdılması üçün gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə dib. Etiraz aksiyasının keçirilməsinə səbə qəzetinin rəhbərliyinin məhkəmə yolu ilə dəyişdirilməsi olub. 
 
Bundan sonra "Zaman" qəzetinin çapdan çıxan ilk sayında yeni rəhbərlik təyin etiraz aksiyaları barədə susur və Rəcəb Tayyib Ərdoğanın siyasətini dəstəkləyir.

Google+ WhatsApp ok.ru