Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

-- S.Ərəbistanı Almaniya silahlarının ən böyük müştərisi olub.

Almaniya hökuməti başda Səudiyyə Ərəbistanı olmaqla Yəməndə müharibə aparan ölkələrə silah satışını dayandırıb.
 
Maide.Az xarici KİV-ə  istinadən xəbər verir ki, S.Ərəbistanı Almaniya silahlarının ən böyük müştərisi olub. 
 
Qeyd edək ki, Yəmənə təcavüz edən Səudiyyə Ərəbistan rejimi  indiyədək Almaniyadan yüz milyon dollardan artıq silah alıb. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya  3 ilə yaxındır ki,  Yəmən sabiq prezidenti  Mənsur  Hadini təkrar iqtidara  gətirmək məqsədilə  ölkəyə təcavüz etmiş.  Səudiyyə rejiminin  başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək  10 mindən çox Yəmənli həyatını itirib. Minlərlə insan yaralanıb.   
 
Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Bu, vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib. Yəməndə aclıqla üz-üzə qalan 22 milyon  insanın yardıma ehtiyacı var.
 

 

Google+ WhatsApp ok.ru