Almaniya Türkiyə siyasətçilərinin ölkəyə girişinə qadağa qoya bilər 15 Mart 2017 02:00 Dünya Bu bəyanatla ölkənin xüsusi tapşırıqlar naziri Peter Altmayer çıxış edib Almaniya hökuməti Türkiyənin səsləndirdiyi qalmaqallı ifadələr fonunda türk siyasətçilərinin ölkəyə girişinə qadağa qoymaq hüququnu özündə saxlayır. "Report" DPA nəşrinə istinadən xəbər verir ki, bu bəyanatla Almaniya Feredal Kansleri İdarəsinin rəhbəri, ölkənin xüsusi tapşırıqlar naziri Peter Altmayer "Funke" mediaşirkətinin qəzetinə müsahibəsində çıxış edib. Altmayer qeyd edib ki, Berlinin xarici dövlətlərin hökumət üzvlərinin ölkəyə girişinə qadağa qoymaq üçün hüquqi alətləri var. "Nazirlər Kabinetinin öz beynəlxalq-hüquqi imkanlarından istifadə etməməsi, gələcəyə pulsuz bilet deyil", - deyə o bildirib. "Girişə qadağa son vasitə olardı. Biz ondan istifadə hüququnu özümüzdə saxlayırıq", - deyə İdarə rəhbəri əlavə edib. Berlin və Ankara münasibətlərində növbəti gərginlik Türkiyə nazirlərinin Almaniyada iştirak etməli olduğu tədbirlərin ləğv olunmasıdır. Ankara siyasətçilərin çıxışlarına qoyulan qadağanı bir neçə dəfə nasist davranışlarla müqayisə edib. / Teqlər : #Almaniya Türkiyə siyasətçilərinin ölkəyə girişinə qadağa qoya bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadada neft zavodunda partlayış - VİDEO “Salam hicab” gəlinciyi – Amerikada
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO