İşğalçı ordu yenə Qəzzada qətl törədib, xeyli yaralı var 24 Sentyabr 2018 01:00 Fələstin Dünən axşam saatlarında işğalçı İsrail ordusu Qəzza zolağının şərqindən fələstinli nümayişçiləri atəşə tutublar. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, onlarla insan yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, 21 yaşlı İmad Davud İşteyvi İsrail snayperi tərəfindən başından vurulub və yerindəcə dünyasını dəyişib. Azı 20 yaralı ilkin yardım üçün Qəzza hospitallarına çatdırılıb. Digər 2 nəfər Xan-Yunis məntəqəsinin yaxınlığında, 10 nəfər isə nisbətən şərq bölgələrdə yaralanıblar. Nümayiş əsnasında İsrail təyyarəsi Maliki məntəqəsində bir qrup fələstinliyə tərəf havada atəş açıb. Qeyd edək ki, onlarla fələstinli gənc Bureyc qaçqın düşərgəsinin şərq hissəsinə toplaşaraq İsrailin işğalçılıq və 12 ildir davam edən blokada siyasətinə qarşı etiraz ediblər. Bildirək ki, mart ayından bəri başlamış "Böyük qayıdış" yürüşləri zamanı bugünədək 195 fələstinli İsrail ordusu tərəfindən qətlə yetirilib, 20 min nəfərdən çox insan yaralanıb. Həlak olanlardan 32 nəfər uşaqlardır. Teqlər : #İşğalçı ordu yenə Qəzzada qətl törədib,#xeyli yaralı var , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi hərbiçiləri dinc nümayişçilərə qarşı həqiqi güllələrdən atəş açdı, 2 fələstinli şəhid oldu Sionistlər fələstinlilərdən evlərini dağıtmalarını tələb etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar